İdman
DÇ-2026: Daha bir ev sahibi 1/8 finalda - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində ABŞ - Bosniya və Herseqovina oyunu keçirilib. Oxu.Az xəbər verir ki, ABŞ-nin San-Fransisko şəhərində baş tutan qarşılaşmada çempionata ev sahibliyi edən komanda qələbə qazanıb - 2:0.
Matçın ilk hissəsinin sonunda - 45-ci dəqiqədə Folarin Baloqan hesabı açıb. Oyunun ikinci yarısında isə o, qırmızı vərəqə alaraq meydanı tərk etməli olub. 10 nəfərlə qalan ABŞ millisi 82-ci dəqiqədə Malik Tilman qoluna sevinib. ABŞ millisi 1/8 finalda Belçika yığması ilə oynayacaq. Xatırladaq ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edirlər. Ötən gün Meksika millisi də Ekvadora qalib gələrək 1/8 finala adını yazdırıb.

Mənbə
oxu.az