Siyasət
"Euronews": "20 Yanvar Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsidir"
Hər il yanvarın 20-də azərbaycanlılar keçmiş SSRİ-nin ölkədəki mill- azadlıq hərəkatını yatırmaq üçün mülki əhaliyə qarşı törətdiyi qanlı qırğında həlak olanların xatirəsini yad edirlər. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalında materialında bildirilir. Telekanal ümumxalq hüzn günündən kadrlar da yayımlayıb.
Vurğulanıb ki, Azərbaycanda rəsmən matəm günü olan 20 yanvar hər il ölkədə milli düşüncənin oyanışı günü kimi qeyd olunur. Materialda qeyd olunub ki, "Qara Yanvar" ölkənin müstəqillik yolunda dönüş nöqtəsi kimi qəbul edilir və suverenlik uğrunda mübarizədə ictimai qətiyyəti gücləndirir. Minlərlə insan faciəli hadisələrin qurbanlarının dəfn olunduğu Bakıdakı Şəhidlər Xiyabanına axın edir. Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edərək 1990-cı ildə Sovet İttifaqı tərəfindən törədilən qırğının qurbanlarını anıb. Dövlət başçısı hərbi repressiyalar zamanı həlak olan mülki şəxslərin xatirəsini simvolizə edən Əbədi Məşəl abidəsinin önünə gül dəstəsi qoyub. Prezidentin ziyarəti daha geniş ümumxalq anım proqramının bir hissəsidir. Sovet hakimiyyətinin "respublikada konstitusiya quruluşunun bərpası" adlandırdığı hadisələr zamanı əhaliyə xəbərdarlıq edilmədən şəhərə qoşunlar yeridilib. Uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, mülki şəxslərə atəş açılıb və nəticədə ən azı 140 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər