İdman

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi

03 Oct 2026, 18:56 3 baxış
Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi
Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Qeyd olunub ki, bu gün turnirin püşkatma mərasimi baş tutub. Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, vitse-prezidenti Elnur Məmmədli, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və digər şəxslər iştirak ediblər. Azərbaycan cüdoçularının ilk rəqibləri: Qadınlar 48 kq 1/32 final Şəfəq Həmidova - Nataşa Razafindrakalo (Madaqaskar) 1/16 final Könül Əliyeva - Mari Di Varqas Ley (Çili) 52 kq 1/16 final Gültac Məmmədəliyeva - Gefen Primo (İsrail) 57 kq 1/32 final Xədicə Qədəşova - Janar Joldoşeva (Qırğızıstan) 63 kq 1/16 final Hanna Zaytseva - Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi ilə 70 kq 1/32 final Südabə Ağayeva - Ai Tsunoda Roustant (İspaniya) +78 kq 1/16 final Madina Kaisinova - Asya Tavano (İtaliya) Kişilər 60 kq 1/16 final Balabəy Ağayev - Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə Əhməd Yusifov - Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə 66 kq 1/32 final Turan Bayramov - Radu İzvoreanu (Moldova) Nizami İmranov - Vaja Marqvelaşvili (Gürcüstan) 1/16 final Ruslan Paşayev - Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi ilə 73 kq 1/32 final Hidayət Heydərov - Akil Qyakova (Kosovo) 1/16 final Rəşid Məmmədəliyev - Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi ilə 81 kq 1/32 final Vüsal Qələndərzadə - Hristo Valkov (Bolqarıstan) 1/16 final Zelim Tçkayev - Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi ilə Ömər Rəcəbli - Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi ilə 90 kq 1/32 final Elcan Hacıyev - Aleksander Knauf (ABŞ) Süleyman Şükürov - Kornelius Eylertsen (Norveç) 1/16 final Murad Fətiyev - Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə 100 kq 1/32 final Zelim Kotsoyev - Baymırat Majanov (Türkmənistan) +100 kq 1/16 final Uşanqi Kokauri - Emirxan Joldoşkazıyev (Qırğızıstan) Kənan Nəsibov - Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi ilə Camal Qamzatxanov - Fransisko Solis (Çili) Qarışıq komanda yarışı 1/16 final Azərbaycan - Avstriya Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarışda 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında mübarizə aparacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər