Siyasət

Burhanettin Duran: "Bakıda baş vermiş hadisələr Azərbaycan xalqının azadlıq uğrunda şərəfli mübarizəsinin simvoludur"

21 Jan 2026, 00:48 2 baxış
Burhanettin Duran: "Bakıda baş vermiş hadisələr Azərbaycan xalqının azadlıq uğrunda şərəfli mübarizəsinin simvoludur"
"1990-cı ilin yanvarın 20-də Bakıda baş verən hadisələr Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda şərəfli mübarizəsinin simvoludur". Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Sovet ordusunun günahsız mülki əhaliyə hücumu tarixin ən ağrılı səhifələrindən biri kimi yaddaşlara həkk olunub. Lakin həmin qaranlıq gecədə Azərbaycan xalqı bütün dünyaya zülmə təslim olmayacağını və müstəqillik iradəsindən heç vaxt əl çəkməyəcəyini göstərdi. Bu gün, "Qara Yanvar"ın 36-cı ildönümündə Türkiyə olaraq, qardaş Azərbaycanın ağrısını və qürurunu "iki dövlət, bir millət" anlayışı ilə ürəkdən bölüşürük. "Qara Yanvar"da şəhid olan qardaşlarımızı rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik", - o qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər