Siyasət

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

20 Jan 2026, 23:07 3 baxış
Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

Yaxın günlərdə Ukrayna tərəfdaşlarından yeni enerji yardımı alacaq.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün Teleqram kanalında bildirib.


O qeyd edib ki, yaxın günlərdə ölkəyə Azərbaycan, Slovakiya və Çexiyadan növbəti yardımlar daxil olacaq:


"Azərbaycanın təqdim etdiyi yardıma generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar dəstək daxildir. Bu yardım dağıdıcı atəşlərdən sonra Ukraynanın enerji infrastrukturunun bərpasında əsas rol oynayır".


Sviridenko vurğulayıb ki, Azərbaycan da daxil olmaqla, beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ukraynalıların evlərində istilik və elektrik enerjisini operativ şəkildə bərpa etmək mümkün olur.


"İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstəyi Fonduna 25 milyon avro göndərəcək", - o əlavə edib.


Qeyd edək ki, bu gün Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində Ukrayna paytaxtında minlərlə bina istiliksiz və işıqsız qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər