Siyasət

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

20 Jan 2026, 19:56 1 baxış
BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu. Ən böyük beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurası o vaxt Ermənistan qüvvələrinin bizim ərazidən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi, ancaq onlar kağız üzərində qaldı.


Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.


“ATƏT, digər beynəlxalq təşkilatlar çoxsaylı qətnamələr, qərarlar qəbul etsə də, heç biri reallaşmadı. O vaxta qədər ki, biz vəziyyəti öz əlimizə aldıq. Biz bunun öhdəsindən gələrək, ədaləti bərpa etdik, beynəlxalq hüquqü, ərazi bütövlüyümüzü, suverenliyimizi bərqərar etdik. Ondan sonra biz sülhə nail olduq”, - Prezident bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər