Cəmiyyət

Ötən il beş vəkil kollegiyadan xaric edilib, 10-nun fəaliyyəti dayandırılıb

19 Jan 2026, 10:18 2 baxış
Ötən il beş vəkil kollegiyadan xaric edilib, 10-nun fəaliyyəti dayandırılıb
Vəkillərin İntizam Komissiyası ötən il 118 intizam işi üzrə 169 qərar qəbul edib. Oxu.Az xəbər verir ki, qərarların nəticəsi olaraq 10 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Eyni zamanda beş vəkilin kollegiyadan xaric edilməsinə qərar verilib. Həmçinin dörd vəkilə xəbərdarlıq edilib, 18 irad tutulub. Habelə 21 vəkilə töhmət verilib, iki vəkil cərimələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər