Cəmiyyət

Şiddətli geomaqnit qasırğası gözlənilir

19 Jan 2026, 10:12 2 baxış
Şiddətli geomaqnit qasırğası gözlənilir

Şiddətli geomaqnit qasırğasının baş verməsi ehtimalı var.


Bu barədə Axar.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.


Bildirilib ki, 18 yanvarda Günəşdə baş vermiş alışma nəticəsində yaranmış Tac Kütlə Atılmalarının 20 yanvarda Yerə çatacağı gözlənilir.


Bununla əlaqədar güclü geomaqnit qasırğasının baş verməsi ehtimal olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər