Cəmiyyət

Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsib

18 Jan 2026, 18:48 2 baxış
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsib
Bir aya yaxındır Sabirabadın Sərxanbəyli kəndinin, eləcə də bir neçə yaşayış məntəqəsinin yolu kəsilib. Buna səbəb isə yolun üzərindəki körpünün uçmasıdır. Körpünün uçması kənd sakinlərini çıxılmaz vəziyyətdə qoyub. Belə ki, nəqliyyat vasitələri ilə qarşı tərəfə keçid məhdudlaşıb. Nəticədə sakinlər digər kəndlərə və əkin sahələrinə getmək üçün kilometrlərlə yol qət etməli olurlar.
Sakinlər İctimai TV-yə bildiriblər ki, bu, vaxt itkisidir və insanlar üçün çətinlik yaradır. Aşağı Muğan Meliorasiya İdarəsindən məlumat verilib ki, məsələ ilə bağlı alternativ yol hazırlanır. Həmçinin körpünün yenidən bərpası ilə bağlı aidiyyəti qurumlara göstəriş verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər