Cəmiyyət

Şəmkirdə 33 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

18 Jan 2026, 13:09 2 baxış
Şəmkirdə 33 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Axar.az Report-a istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü A.Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.


Hadisə zamanı A.Məmmədovun başı beton səthə çırpılıb.


Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər