Cəmiyyət

Şəmkirdəki QƏZADA yaralanan şəxsin vəziyyəti açıqlanıb

18 Jan 2026, 12:48 2 baxış
Şəmkirdəki QƏZADA yaralanan şəxsin vəziyyəti açıqlanıb
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Qeyd olunub ki, yanvarın 18-də, saat 00:40-da xəsarət alması səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Ona döş qəfəsinin sağ tərəfinin plevra boşluğuna nüfuz edən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - məlumatda deyilir. Həmçinin, hadisə nəticəsində ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Şükufə Süleymanlı
Mənbə oxu.az

Oxşar Xəbərlər