Cəmiyyət

FHN-dən Şamaxıdakı zəlzələ ilə bağlı məlumat

18 Jan 2026, 10:27 2 baxış
FHN-dən Şamaxıdakı zəlzələ ilə bağlı məlumat

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə nazirliyə məlumat daxil olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər