Cəmiyyət

Xaçmazda istehsalat qəzası: İşçi altı metr hündürlükdən yıxıldı

17 Jan 2026, 22:18 2 baxış
Xaçmazda istehsalat qəzası: İşçi altı metr hündürlükdən yıxıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Ramin Əlisahib oğlu Ağabalayev istehsalat sexində qurğunun üzərindən dərinliyi təqribən 6 metr olan texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Ağabalayevi yıxıldığı ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər