İdman
"Real Madrid"də Xabi Alonso dövrü bitdi: Taktika var idi, itaət yox
Xabi Alonso "Real Madrid"dən ayrılarkən arxasında uğursuzluqdan daha çox, cavabsız suallar qoydu. Bu sualların mərkəzində isə təkcə taktika, nəticə və ya seçimlər deyil, "Santyaqo Bernabeu"da real gücün kimə məxsus olması dayanır. Son superkubok finalının ardınca yaşanan bir epizod Alonsonun Madrid macərasını tam şəkildə izah edirdi: məşqçi qalib "Barselona" üçün "şərəf dəhlizi" qurulmasını istəyir, Kilian Mbappe isə buna veto qoyur. Digər futbolçular da ulduz oyunçunun ardınca gedir, məşqçi də. Bu, "Real Madrid"in daxili iyerarxiyasının açıq nümayişi idi. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Ümidlə başlanan yol Alonsonun təyinatı "Real Madrid" camiəsində həyəcan yaratmışdı. Kloppdan sonra "Liverpul", Ançelottidən sonra "Real" - iki nəhəngdən birinin "Bayer"dən (Leverkuzen) sonra onun yeni ünvanı olacağı gözlənilirdi. Madrid zamanlamanı düzgün qurdu, Ançelottini göndərdi və dəyişiklik etdi. İlk açıqlamalar, "La Desima" (10-cu Çempionlar Liqası kuboku - red.) fonunda çəkilən təqdimat videosu, "Madridismo"ya vurğu - hamısı müsbət siqnallar idi. Azarkeşlər Ançelottinin son dönəmində komanda ilə emosional bağını qismən itirmişdi. "Barselona" daxili arenada çox üstün idi, Avropada isə Madrid artıq qorxulu komanda təsiri bağışlamırdı. Alonso bu durğunluğu qırmaq üçün gəlmişdi.
Reallığın dərki Təyinatdan sonra elə ilk həftələrdə problemlər üzə çıxdı. ABŞ-də keçirilən Klublararası Dünya Çempionatı Alonso üçün faktiki olaraq "keçid mərhələsi" oldu. Yorğun heyət, Mbappesiz oyunlar, Vinisiusun formada olmaması, Rodriqonun kənarda qalması və Trent Alexander-Arnoldun uğursuz startı yeni dövrün başlanğıcını ləngitdi. PSJ-yə ağır məğlubiyyətdən sonra Alonso özü də etiraf etdi ki, bu, hələ onun komandası deyil. Amma zaman keçdikcə problemin təkcə vaxt olmadığı üzə çıxdı. Taktika var idi, itaət yox Alonsonun oynatmaq istədiyi futbol aydın idi. O, mövqe oyunu, pressinq, ümumi struktura sadiqlik kimi elementlərə fokuslanmışdı. Mbappe mərkəzə çəkildi, Arda Gülerə daha çox etimad göstərildi. Amma Modriçsiz və Krossun keyfiyyətli əvəzi olmadan orta xətt daim boşluqlar buraxdı. Nizamlı komandalar, xüsusilə "Mançester Siti" və "Liverpul" Madridin zəif nöqtələrini asanlıqla tapdı.
Alonso Leverkuzendəki 3-4-2-1 sistemini Madridə uyğunlaşdıra bilmədi. Burada nə cinah müdafiəçiləri, nə də iki "10 nömrə" konsepti işlək idi. Vinisiusun arxa plana düşməsi, Rodriqonun az şans qazanması komanda daxilində balansın pozulmasına səbəb olmuşdu. Üstəlik komandanın yeni müdafiə sisteminə uyğunlaşa bilməməsi arxa xətdə çoxlu boşluqların verilməsi ilə nəticələnirdi. Soyunub-geyinmə otağında məğlubiyyət Alonso üçün əsas zərbə isə taktiki yox, psixoloji idi. Oktyabrda "Barselona"ya qarşı "El-Klasiko"da Vinisiusun əvəzlənmə epizodu və buna açıq narazılığı, baş məşqçi dəyişməyəcəyi təqdirdə yeni müqavilə danışıqlarını dayandıracağı ilə bağlı xəbərlər vəziyyəti daha gərginləşdirdi. Alonso braziliyalıya azadlıq vermirdi. Mbappe isə onun əsas dayağına çevrilmişdi. Bu, daxili cəbhəni ikiyə böldü. Mbappe meydanda qollarını sıralayır, Vinisius isə rəhbərliyin dəstəyini hiss edirdi. Bellinqhem və Rodriqo ətrafında da narazılıqlar artırdı.
"Barselona"ya qarşı superkubok finalı hər şeyi yekunlaşdırdı. "Real Madrid" üçün bəlkə də ən az əhəmiyyətli kubok idi, amma simvolik mənası böyük oldu. Bu məğlubiyyətdən sonra Alonso üçün Madriddə heç bir yol qalmadı. Xabi prinsipial məşqçidir. Komanda ruhu, kollektiv məsuliyyət, futbol etikası onun fəlsəfəsinin əsasını təşkil edir. Lakin "Real Madrid" artıq klassik mənada futbol komandası deyil. Bu, hər biri özünü klubdan üstün görən qlobal brendlərin bir araya gəldiyi nəhəng platformadır. 2026-cı ilin reallığında Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqhem təkcə futbolçu yox, sistemin özüdür. Belə bir mühitdə məşqçi ideya verə bilər, amma hökm etməsi çətindir. Xüsusilə, Xabi Alonso kimi məşqçilikdə hələ kövrək addımlarını atan mütəxəssis üçün. Alonso Leverkuzenlə Avropa futboluna nümunə göstəriləcək iş ortaya qoymuşdu. Məhdud büdcə, balanslı heyət, aydın oyun modeli onun uğurunun əsas elementləri idi. Xabi taktiki baxımdan dövrün ən savadlı məşqçilərindən biri olduğunu sübut etmişdi. Lakin Madriddə vəziyyət başqadır. Burada məşqçi olmaq kifayət etmir, avtoritet olmaq lazımdır. Alonso isə heç vaxt diktator olmadı, ya da bunu istəmədi. Lakin bəllidir ki, futbolçu kimi "kral klubu"na xidmət etmiş Xabi oradakı real duruma çox yaxşı bələd idi. Bunu dəyişmək istədi və uğursuzluğa düçar oldu. Qarşıda nə var? "Real Madrid"də əvvəllər də bir çox məşqçini "yeyən" sistem bu dəfə daha prinsipial, daha modern bir məşqçini sıradan çıxardı. "Real Madrid" futbolçuları sosial şəbəkələrdə təşəkkür edə bilər, amma həqiqət dəyişmir: Bernabeuda hələ də məşqçilər yox, futbolçular qərar verir. Alonso üçün yeni komanda tapmaq çətin olmamalıdır. Lakin "Real"a gələcək yeni baş məşqçi üçün çətin tapşırıq var: bu qədər ulduz futbolçu ilə həqiqi komanda yaratmaq mümkündürmü? Nəticələr baxımından mövsümün itirildiyini demək olmaz. Komanda La Liqada 19 oyunda 45 xal toplayıb və lider "Barselona"dan 4 xal geri qalır. Çempionlar Liqasında isə madridlilər 12 xalla ilk "8-lik"dədir. Nəticələri düzəltmək olar, amma sistemi dəyişmək mümkün olacaqmı?

Mənbə
oxu.az