İdman
Azərbaycanlı paralimpiya çempionu xüsusi mükafata layiq görüldü
Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb. Milli Paralimpiya Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə Avropanı təmsil edən səkkiz Olimpiya və Paralimpiya çempionuna xüsusi mükafat təqdim edilib. * Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum" Mükafata layiq görülən idmançılar arasında Azərbaycanı təmsil edən İmaməddin Xəlilov da yer alıb.
Mənbə
oxu.az