Digər

Paşinyan “Sezar”la fəxr edir: niyə qat-qat ucuzunu almadı?

14 May 2026, 23:22 2 baxış
Paşinyan “Sezar”la fəxr edir: niyə qat-qat ucuzunu almadı?

Ermənistanda baş nazirliyə müxalifətin əsas namizədlərindən biri, “Ermənistan” blokunun lideri, ikinci prezident Robert Köçəryan hazırkı Baş nazir Nikol Paşinyanı ordu üçün silahları baha almaqda ittiham edib.


Axar.az xəbər verir ki, Köçəryan Paşinyanın fəxrlə danışdığı hərbi parada toxunaraq, nümayiş etdiriləcək silahlardan bəhs edib.


“İndi hərbi paraddan danışırlar. Fransa artilleriyasının görüntülərini nümayiş etdirdilər (Paradın məşqindən yayılan “Sezar” haubitsalarını nəzərdə tutur - red.) Yaxşı silahdır, təxminən 5-6 milyon dollara başa gəlir, səhv etmirəmsə, “Sezar”dır adı. Rusiyanın da oxşar silahı var, qiyməti 2,5 milyon dollardır. Fransa sisteminin kalibri 155 millimetr, Rusiyanınkı 152 millimetrdir, mənzili eynidir, gücü eynidir, amma bir neçə dəfə ucuzdur. Rusiya ilə danışıb, qiyməti daha da aşağı salmaq olar. Fransız haubitsasının mərmisinin qiyməti 2,5-5 min dollar, Rusiyanınkı isə 800-1000 dollardır. Bu da böyük fərqdir. Belə bir fürsət olduğu halda niyə başqa yerdən aldınız? Bu suala cavab yoxdur”, - o qeyd edib.


Onun sözlərinə görə, texnikaya necə xidmət ediləcəyi, sursatın necə təmin ediləcəyi və necə gətiriləcəyi ilə bağlı suallara da cavab yoxdur:


“Su”larla olduğu kimi - onlar heç vaxt bu qırıcılardan istifadə etməyiblər. Onlar yaxşı, bahalı silahlar gətirirlər, amma istifadə edə bilmirlər”.


O xatırladıb ki, hazırda Rusiya ordusu ən böyük hərbi təcrübəyə malikdir və ondan istifadə etməmək günah olardı.


Köçəryan vurğulayıb ki, KTMT çərçivəsində böyük imtiyazlarla silah almaq mümkündür:


“Bir çox məsələlər pul olmadan həll olunur”.

Mənbə axar.az

Oxşar Xəbərlər