Cəmiyyət
Azərbaycanda struktur islahatları davam etdiriləcək
Azərbaycanda institusional, idarəetmə və struktur islahatları davam etdiriləcək. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb. Həmçinin inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə üsullarından fəal istifadə ediləcək. Bundan başqa, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlanacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər