Cəmiyyət

İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi

17 Jan 2026, 20:21 2 baxış
İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi

Etirazlar zamanı İranda 50-dən çox məscid və 180 təcili yardım maşını yandırılıb.


Axar.az xəbər verir ki, bu barədə materialları İranın Rusiyadakı səfirliyi yerli mediaya təqdim edib.


"Etirazların 3 aktiv günü ərzində 180 təcili yardım maşını yandırılıb. Paytaxtda dəyən ziyan: Təkcə Tehranda 26 bank və 25 məscid yandırılıb. Dini məkanlara hücumlar: Ölkə daxilində 53 məscidə hücum edilib və yandırılıb ki, bu da təkcə İranda deyil, bütün müsəlman ölkələrində görünməmiş rəqəmdir”, - deyə materiallarda bildirilib.


Qeyd edək ki, İranda 2025-ci il 28 dekabrdan iqtisadi vəziyyətə görə aksiyalar başlayıb. Aksiyalar sonradan iğtişaşlara çevrilib.

Mənbə axar.az

Oxşar Xəbərlər