Cəmiyyət
Bir ana, iki ata, təhsilsiz xəstə uşaqlar və alimentdən gələn minlərlə manat - Azərbaycanda QEYRİ-ADİ İDDİA
Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikası haqqında iddia səsləndirilib. Şahnaz Fərhad qızı İsmayılovanın sözlərinə görə, həmin poliklinika övladının sağlamlığı ilə bağlı özünə və ataya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim edib. Ş.İsmayılovanın iddiasına görə, saxta sənədlərlə ata məhkəmədə övladını ondan almaq istəyib. Lakin bu gün redaksiyamıza Ş.İsmayılova ilə bağlı yeni müraciətlər daxil olub. Ş.İsmayılovanın haqqında ittiham səsləndirdiyi ata - Eşqin İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, övladı Y.İ.-nin sağlamlığı və təhsili üçün 13 ildir əməkhaqqından, gəlirlərindən ümumilikdə 85 min manatdan çox aliment ödəyib. Ata qeyd edib ki, qeyri-rəsmi nikahdan 2011-ci ildə dünyaya gəlmiş Y.İ. 2012-ci ildən anası Şahnaz İsmayılovanın himayəsindədir: "Həmçinin uşağın ananın himayəsində saxlanılması və mənim tərəfimdən aliment ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Qətnaməyə əsasən, 2013-cü ildən 2026-cı ilin yanvarına qədər ümumilikdə 85 min manatdan artıq aliment ödənilib. Ancaq uşaq baxımsız vəziyyətdə qalıb. Ana isə həmin pulu estetik əməliyyatlara xərcləyib. Bütün bu müddət ərzində ana uşağa faktiki olaraq baxmayıb. Uşaq əsasən nənəsi - Mehriban Orucovanın himayəsində qalıb, ana isə qeyri-rəsmi münasibətlər yaşamaqda davam edib. Şahnaz İsmayılova həmin qeyri-rəsmi münasibətlərin birindən - yəni 1966-cı il təvəllüdlü şəxsdən uşaq dünyaya gətirib. Hətta həmin uşağın atasının müəyyən edilməsi üçün məhkəmə qərarı ilə DNK analizi aparılıb. Bu proseslər zamanı Y.İ. tam baxımsız vəziyyətdə qalıb və bu da uşaqda müxtəlif xəstəliklərin yaranmasına səbəb olub". Eşqin İsmayılov bildirib ki, Y.İ. 2016-cı ildə "Diaqnoz" Tibb Mərkəzində ultrasəs müayinəsindən (USM) keçirilib:
"Nəticədə uşağın KT müayinəsinə cəlb olunması, həkim konsultasiyaları və müalicələrinin aparılması tövsiyə edilib. Buna baxmayaraq, 2016-cı ildən 2025-ci ilə qədər uşaq bir dəfə də olsun həkim müayinəsinə və müalicəyə aparılmayıb. Yalnız 2025-ci ildə dekabrın 2-də Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə 4 saylı Uşaq Poliklinikasında övladıma məcburi tibbi müayinə təyin edilib və "Forma-26" tibbi arayışı açılıb. Müayinələr zamanı uşağın səhhətində ciddi problemlər aşkar edilərək anaya bildirilsə də, Şahnaz İsmayılova poliklinikada səs-küy salıb. O, həkimləri təhqir edib və uşağı müayinədən yayındırmağa çalışıb. Yalnız USM həkiminin peşəkarlığı ilə nəticələr rəsmi aktlaşdırılıb və TƏBİB-ə göndərilib". İddiaçı tərəf vurğulayıb ki, Y.İ. təhsildən də yayındırılıb: "Uşağa 14 yaşına qədər şəxsiyyət vəsiqəsi belə alınmayıb. 9 yaşında 245 saylı məktəbin birinci sinfinə qoyulub, daha sonra isə 191 nömrəli məktəbə köçürülüb. Orada da dərslərə davam etmədiyinə görə, məktəb rəhbərliyi Xətai Polis İdarəsinə müraciət edib. Daha sonra uşaq Xətai rayonu 138 saylı məktəbə köçürülüb. Nəticə etibarilə, hazırda 15 yaşlı olan Y.İ. 138 saylı məktəbin 4-cü sinif şagirdidir və artıq 3 ildir sinifdə qalır. Həmçinin məhkəmə qətnaməsi ilə uşaqla ünsiyyət hüququm olsa da, o, övladımı mənə göstərmir. Xətai Rayon İcra və Probasiya Şöbəsi isə məhkəmə qərarını icra etmədən geri məhkəməyə göndərib". Eşqin İsmayılov onu da vurğulayıb ki, məsələ ilə bağlı bütün aidiyyəti qurumlar məlumatlandırılıb. Adının hallanmasını istəməyən digər şəxs, yəni ikinci ata S.Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, Şahnaz İsmayılova ilə qeyri-rəsmi münasibət qurub və bir övladı var: "Qeyri-rəsmi münasibətdən dünyaya gəlmiş övladım 2017-ci il təvəllüdlü S.H. hazırda anası Şahnaz Fərhad qızı İsmayılovanın himayəsindədir. Mən bir ata olaraq övladımla mütəmadi maraqlanıram, qanunvericiliklə müəyyən edilmiş aliment öhdəliklərimi vaxtında və dəqiq şəkildə yerinə yetirirəm. Buna baxmayaraq, oğluma ana tərəfindən lazımi diqqət və qayğı göstərilməyib. Şahnaz İsmayılova övladımı faktiki olaraq nənəsi Mehriban Orucovanın himayəsinə buraxıb. Bu da uşağın təhsil, inkişaf və qayğıdan məhrum edilməsi ilə nəticələnib. Övladımın təhsilə cəlb edilməsi məqsədilə son iki ilə yaxın müddətdə aidiyyəti dövlət qurumlarına çoxsaylı müraciətlər etdim. Sonda oğlum 2025-2026-cı tədris ili üçün Bakı şəhəri Xətai rayonu, 254 saylı tam orta məktəbin birinci sinfinə rəsmi qaydada qeydiyyata alındı. Lakin ana tərəfindən uşağın məktəbə cəmi üç gün - 15, 16 və 17 sentyabr tarixlərində davamiyyəti təmin edilib, bundan sonra isə uşaq dərslərə göndərilməyib.
Altı ay ərzində dərslərdən tam kənarda qalan övladımın sinifdə qalacağı məlum olub. Ana bu faktı ört-basdır etmək məqsədilə birinci sinif şagirdinin pozulmuş təhsil hüququnu gizlətmək üçün onu məktəbdən məktəbə köçürməyə cəhd göstərib". İkinci ata qeyd edib ki, hazırda 9 yaşı olan övladı anası Şahnaz İsmayılova tərəfindən 254 saylı tam orta məktəbdən çıxarılıb: "Müvafiq sağlamlıq arayışı təqdim edilmədiyinə görə, uşaq Bakı şəhəri, 138 saylı tam orta məktəbə də qəbul olunmayıb. Nəticədə faktiki olaraq təhsildən kənarda qalıb. Xüsusilə qeyd etmək istəyirəm ki, övladım Şahnaz İsmayılovanın himayəsində olan ikinci qeyri-rəsmi övladdır. Birinci qeyri-rəsmi övladı - hazırda 15 yaşında olan oğlan uşağı Bakı şəhəri, 138 saylı tam orta məktəbin 4-cü sinif şagirdi olsa da, ananın laqeydliyi səbəbindən təhsilini davam etmir. Bu hal sistemli baxımsızlığın və valideyn məsuliyyətsizliyinin açıq göstəricisi kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, sözügedən məsələ təkcə ailədaxili problem deyil, eyni zamanda uşaqların konstitusion təhsil və müdafiə hüquqlarının pozulmasıdır".
{{gallery}} Məhərrəm Əliyev Məlik Məlikov

Mənbə
oxu.az