Cəmiyyət

Tovuzda 49 yaşlı kişi su kanalına düşərək öldü

17 Jan 2026, 15:07 2 baxış
Tovuzda 49 yaşlı kişi su kanalına düşərək öldü

Tovuzda 49 yaşlı kişi faciəli şəkildə ölüb.


Axar.az xəbər verir ki, hadisə Aşağı Öysüzlü kəndində baş verib.


Belə ki, 1976-cı il təvəllüdlü Çingiz Axundov ehtiyatsızlıqdan kənddən keçən su kanalına düşüb. Hadisə nəticəsində o boğulub.


İlkin məlumata görə, Ç.Axundov içki aludəçisi olub və tüfeyli həyat tərzi sürüb.


Faktla bağlı araşdırmalar aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər