Cəmiyyət

Cəlilabadın kəndindəki məktəb problemi ilə bağlı RƏSMİ CAVAB

17 Jan 2026, 14:42 2 baxış
Cəlilabadın kəndindəki məktəb problemi ilə bağlı RƏSMİ CAVAB
Cəlilabadın Uzuntəpə kəndində yaşayan şagirdlərin dörd nömrəli məktəbə getməkdə çətinlik çəkdiyi ilə bağlı iddialara rəsmi cavab verilib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, hazırda Cəlilabad rayonunun Uzuntəpə kəndində üçü tam və biri ümumi orta olmaqla dörd təhsil müəssisəsi fəaliyyət göstərir: "Bununla yanaşı, 2023-cü ildə istifadəyə verilmiş Cəlilabad şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi də Uzuntəpə kəndinə yaxın ərazidə yerləşir və ictimai nəqliyyat xəttinin üzərindədir. Odur ki, valideynlər övladlarını yaşadıqları əraziyə yaxın yerləşən digər dörd ümumtəhsil müəssisəsinin hər hansı birinə yerdəyişmə edə bilərlər". Xatırladaq ki, Cəlilabadın Uzuntəpə kəndində yaşayan şagirdlərin dörd nömrəli məktəbə getməkdə çətinlik çəkdiyi iddia olunur. Qeyd olunub ki, təhsil müəssisəsinin yaşayış məntəqəsindən xeyli uzaqda yerləşir və şagirdlər uzun məsafə qət edir. Taksilər şagirdləri məktəbə aparıb-gətirmək üçün 25 manat tələb edir ki, bunun da ailələr üçün əlçatan olmadığı bildirilir. Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər