Dünya

Samvel Karapetyanla bağlı qərar qəbul olundu

17 Jan 2026, 10:50 1 baxış
Samvel Karapetyanla bağlı qərar qəbul olundu
İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Apelyasiya Məhkəməsi rusiyalı oliqarx Samvel Karapetyanın ev dustaqlığı barədə qərarı qüvvədə saxlayıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan mediası məlumat yayıb. İş adamının qardaşı oğlu Narek Karapetyanın "Facebook"da verdiyi məlumata görə, bir gün əvvəl tibb mərkəzindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürülən Samvel Karapetyan yanvarın 18-də evə qayıdacaq. S.Karapetyanın vəkili Aram Vardevanyanın verdiyi məlumata görə, təcridxanada saxlanılan iş adamı barədə qərar dekabrın 30-da ev dustaqlığı ilə əvəzlənib. Lakin yanvarın 16-da Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Apelyasiya Məhkəməsi S.Karapetyanın ev dustaqlığı barədə qərarın təcridxanada saxlanılma ilə əvəzlənməsi tələb olunub. Bununla belə, bu gün məhkəmə onun təcridxanaya köçürülməsi barədə tələbi rədd edərək, ev dustaqlığını qüvvədə saxlayıb. "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan ruhanilərlə hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra, 2025-ci ilin iyun ayında həbs edilib. Sonradan iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri (vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması) ilə yeni ittihamlar irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər