İdman

Zlatan İbrahimoviçdən Ronalduya sərt sözlər: "Yaratdığın mirası eqonla məhv edirsən"

03 Oct 2026, 17:58 2 baxış
Zlatan İbrahimoviçdən Ronalduya sərt sözlər: "Yaratdığın mirası eqonla məhv edirsən"
İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç hücumçu Kriştianu Ronaldunun Portuqaliya millisinin düşərgəsindən ayrılmaq qərarı ilə bağlı danışıb və komanda daxilindəki qalmaqala münasibət bildirib. Oxu.Az-ın məlumatına görə, bu barədə "Tudn" nəşri yazıb. "Yaratdığın mirası öz eqonla məhv etmək lazım deyil. Komanda yoldaşlarınızdan heç biri ilə danışmadan Portuqaliya millisinin düşərgəsini tərk etmək? Bu, hörmətsizlikdir. Sən başa düşməlisən ki, artıq gənc deyilsən. Zlatana bax! Mən də bir vaxtlar gənc idim. Ən yüksək səviyyədə oynayırdım, sonra isə karyeramı başa vurdum. Hətta şirlər də ovun nə vaxt bitdiyini bilirlər", - deyə İbrahimoviç qeyd edib. Xatırladaq ki, bir neçə gün əvvəl Ronaldu baş məşqçi Xorxe Xesusla münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Hadisə Millətlər Liqasının Norveçlə oyunundan sonra baş verib. O zaman məşqçi Kriştianunu meydana buraxmayıb, daha sonra isə bəyan edib ki, hücumçu Danimarkaya qarşı növbəti oyunda da oynamayacaq. Bundan sonra Ronaldu komandadan ayrılıb. Millinin düşərgəsini tərk etdikdən sonra futbolçu bildirib ki, bir gün mütləq nə baş verdiyini açıqlayacaq. Qeyd edək ki, Ronaldu millidən getdiyinə görə, Portuqaliya Futbol Federasiyası tərəfindən disiplin sanksiyaları ilə üz-üzə qala bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər