Digər

CHP-dən ayrıldı, Ərdoğanın partiyasına keçir

03 Oct 2026, 16:54 2 baxış
CHP-dən ayrıldı, Ərdoğanın partiyasına keçir

İyunun 18-də CHP-dən istefa verən İzmir Böyükşəhər Bələdiyyə sədri Cəmil Tuqayın gələn həftə Türkiyədə hakim partiya olan Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulacağı iddia edilir.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Cəmil Tuqayı Beştəpə sarayında qəbul edib.


Görüşlə bağlı sosial media hesabında paylaşım edən C.Tuqay bildirib ki, cənab Ərdoğanla səmimi söhbəti olub:


“Bizi xoşməramlı şəkildə qəbul etdiyinə və İzmirimizə göstərdiyi marağa görə cənab Ərdoğana təşəkkür edirəm".

Mənbə axar.az

Oxşar Xəbərlər