Dünya
Çinin peykinin orbitə buraxılışı zamanı qəza baş verdi
Çinin "Shijian-32" peykinin Siçuan kosmodromundan orbitə buraxılışı zamanı qəza baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Long March-3B" raketi yanvarın 17-də Pekin vaxtı ilə saat 00:55-də (Bakı vaxtı ilə yanvarın 16-da saat 20:55 - red.) havaya qalxıb, lakin uçuş zamanı anomaliya yaranıb və bu da missiyanın uğursuzluğuna səbəb olub", - deyə xəbərdə bildirilib. Mütəxəssislər hadisənin səbəblərini araşdırırlar.
Mənbə
oxu.az