İdman

"Sumqayıt"ın baş məşqçisi Arda Turanla görüşüb

17 Jan 2026, 01:42 1 baxış
"Sumqayıt"ın baş məşqçisi Arda Turanla görüşüb
"Sumqayıt" futbol klubunun baş məşqçisi Saşa İliç Türkiyənin Antalya şəhərində "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turanla görüşüb. Oxu.Az xəbər verir ki, əvvəllər "Qalatasaray"ın formasını geymiş mütəxəssislər təlim-məşq toplanışları zamanı bir araya gəliblər. İliç bu səmimi anları öz şəxsi sosial media profilində izləyiciləri ilə bölüşüb. Arda Turan isə həmin kadrı yenidən paylaşaraq nostalji hisslərini bu sözlərlə ifadə edib: "Şəklə diqqət yetirəndə o məşhur bəstə yadınıza düşür? - 'Oooo, Saşa İliç, oley!'" Görüşdə, həmçinin Ukrayna təmsilçisinin əfsanəvi oyunçusu və hazırkı idman direktoru Dario Srna da yer alıb. Xatırladaq ki, hazırda həm "Sumqayıt", həm də "Şaxtyor Donetsk" komandaları Antalyada təlim-məşq toplanışını davam etdirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər