İdman
Konfrans Liqasının pley-off mərhələsinin püşkü atıldı: "Samsunspor"un rəqibi bəlli oldu
UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb. Oxu.Az xəbər verir ki, püşkatma UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Samsunspor"un rəqibi Şimali Makedoniyanın "Şkendiya" klubu olub. Turnirdə ilk səkkiz yeri tutan komanda birbaşa 1/8 finala vəsiqə qazanıb. 9-cu yerdən 24-cü yerə qədər olan komandalar isə növbəti mərhələyə adlamaq uğrunda iki pley-off oyunu keçirəcəklər. İlk qarşılaşmalar fevralın 19-da, cavab oyunları isə bir həftə sonra baş tutacaq. Püşkatmanın nəticələri belədir: "KuPS" (Finlandiya) - "Lex" (Polşa); "Zrinski" (Bosniya və Herseqovina) - "Kristal Pelas" (İngiltərə); "Şkendiya" (Şimali Makedoniya) - "Samsunspor" (Türkiyə); "Siqma" (Çexiya) - "Lozanna" (İsveçrə); "Noa" (Ermənistan) - "AZ Alkmaar" (Niderland); "Yagelloniya" (Polşa) - "Fiorentina" (İtaliya); "Drita" (Kosovo) - "Selye" (Sloveniya); "Omoniya" (Kipr) - "Riyeka" (Xorvatiya).
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az