Digər

Məhkəmə Timoşenko barədə qərar verdi

16 Jan 2026, 16:57 1 baxış
Məhkəmə Timoşenko barədə qərar verdi

Ukrayna Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Məhkəməsi keçmiş baz nazir Yuliya Timoşenkonu 33 milyon qrivna girov müqabilində azadlığa buraxıb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.


Məlumata görə, Timoşenkonun Kiyevi tərk etməsi qadağan edilib.


Qeyd edək ki, yanvarın 14-də Yuliya Timoşenkonun evində axtarış aparılıb və o, daha sonra vəzifəli şəxsə qanunsuz təklif etməkdə ittiham olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər