İdman

"Neftçi"nin sabiq futbolçusu Qırğızıstan klubuna keçərək tarixə düşdü

16 Jan 2026, 01:30 1 baxış
"Neftçi"nin sabiq futbolçusu Qırğızıstan klubuna keçərək tarixə düşdü
"Neftçi"nin sabiq müdafiəçisi Solomon Kvirkveliya karyerasını Qırğızıstanda davam etdirəcək. Oxu.Az bu barədə 24.kg-yə istinadən xəbər verir. Bildirilir ki, gürcüstanlı futbolçu "Toktoqul" klubuna transfer olunub. Məlumata görə, 33 yaşlı oyunçu və klub arasında imzalanmış müqavilənin müddəti iki il nəzərdə tutulub. Qeyd edilir ki, Kvirkveliya Qırğızıstan tarixində transfer edilmiş ən titullu və ən bahalı futbolçudur. 2019-cu ildə onun dəyəri 10 milyon avro həcmində qiymətləndirilirdi, hazırda isə bu rəqəm 250 min avroya bərabərdir. Xatırladaq ki, Kvirkveliya 2022/2023 mövsümündə paytaxt təmsilçisində çıxış edib.
"Neftçi"nin sabiq futbolçusu Qırğızıstan klubuna keçərək tarixə düşdü
Mənbə oxu.az

Oxşar Xəbərlər