İdman
İtaliya A Seriyası: "Milan" səfərdən qələbə ilə qayıdır
İtaliya A Seriyasının 16-cı turunun təxirə salınmış görüşündə "Komo" və "Milan" komandaları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, "Cüzeppe Siniqalya" stadionunda keçirilən görüş Milan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:3. "Komo" Mark-Oliver Kempf ilə hesabda önə çıxsa da, Kristofer Nkunkunun qolu (penalti) və Adrien Rabyonün dublu "Milan"ı məğlubiyyətdən xilas edib. Hesabında 43 xalı olan "Milan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Komo" isə 34 xalla 6-c yerdədir.
Mənbə
oxu.az