İdman

"Qarabağ" - "Ayntraxt Frankfurt" oyununun biletlərinin satışa çıxacağı TARİX AÇIQLANDI

15 Jan 2026, 17:28 1 baxış
"Qarabağ" - "Ayntraxt Frankfurt" oyununun biletlərinin satışa çıxacağı TARİX AÇIQLANDI
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq. Bu barədə Oxu.Az-a klubdan məlumat verilib. Satışa sabah saat 12:00-dan start veriləcək. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
"Qarabağ" - "Ayntraxt Frankfurt" oyununun biletlərinin satışa çıxacağı TARİX AÇIQLANDI
Mənbə oxu.az

Oxşar Xəbərlər