Dünya
Türkiyədə məhkəmə binasında silahlı hücum: Prokuror hakimi güllələdi
Türkiyənin İstanbul şəhərinin Kartal rayonunda məhkəmə binasında silahlı hücum olub. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, məhkəmə iclası zamanı prokuror keçmiş həyat yoldaşı olan qadın hakimə silahdan atəş açıb. Hücum zamanı güllə yarası alan hakim xəstəxanaya çatdırılıb, atəş açan prokuror isə nəzarətə götürülüb. Hadisə ilə bağlı araşdırma davam edir.
Mənbə
oxu.az