Dünya

Avstraliyada avtomobil azarkeş izdihamına çırpıldı: Yaralılar var - Foto/Video

03 Oct 2026, 12:08 3 baxış
Avstraliyada avtomobil azarkeş izdihamına çırpıldı: Yaralılar var - Foto/Video
Avstraliyanın Nyukasl şəhərində avtomobil azarkeş izdihamına çırpılıb və nəticədə bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Oxu.Az-ın məlumatına görə, bu barədə "ABC News" telekanalı məlumat verib.

Qəza Uolsend ərazisindəki Nyukasl-Link-roudda baş verib. Final matçından əvvəl azarkeşlər "Nyukasl Nayts" reqbi komandasını yola salmaq üçün yolun kənarında toplaşıblar, bu zaman sürücü avtomobili onların üzərinə sürüb. Hadisə yerinə 10 təcili yardım maşını və 3 helikopter göndərilib. Avtomobilin sürücüsü hadisə yerində saxlanılıb. Yeni Cənubi Uelsin Baş naziri Kris Minns hadisəni "ürəkparçalayıcı" adlandırıb. "Öz komandasını finala yola salan azarkeşlərin belə dəhşətli bir hadisə ilə üzləşdiyini görmək ürəkparçalayıcıdır", - deyə o bildirib. "Nyukasl Nayts" klubundan bildirilib ki, böyük insident səbəbindən komandanın avtobusu planlaşdırılan marşrutdan yayınıb. "Oyunçuları gözləyən və görə bilməyən hər kəsdən üzr istəyirik, lakin ictimai təhlükəsizlik bizim prioritetimizdir", - deyə komandanın açıqlamasında qeyd olunub. Hadisə nəticəsində ən azı doqquz nəfər yaralanıb ki, onlardan ikisinin, o cümlədən də azyaşlı qızın vəziyyəti ağırdır. Qeyd edək ki, "Nyukasl Nayts" Milli Reqbi Liqasında (NRL) çıxış edən Avstraliyanın reqbi klubudur. Komanda iki dəfə - 1997 və 2001-ci illərdə çempion olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər