Dünya

Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir?

03 Oct 2026, 12:20 2 baxış
Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir?
Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov ABŞ və Litva xüsusi xidmət orqanlarının ona həyatı üçün təhlükə olduğuna dair xəbərdarlıq etdiyini bildirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "BBC News" telekanalı məlumat verib. Onun sözlərinə görə, özü və "Free Russia Forum"un həmtəsisçisi İvan Tyutrin təhlükəsizlik tədbirlərinə riayət etmələrinə dair tövsiyələr alıblar. O vurğulayıb ki, ehtimal edilən sui-qəsdin hədəfi olduğu barədə ona birbaşa məlumat verilməyib. Lakin İspaniyanın "El Mundo" qəzeti mənbələrə istinadən bildirib ki, Kasparov və digər rusiyalı müxalifətçi İlya Ponomaryov yayda ABŞ hakimiyyətindən xəbərdarlıq alıblar. Nəşrin məlumatına görə, Kasparov ABŞ-yə köçdükdən bəri ilk dəfə olaraq gücləndirilmiş mühafizə altına alınıb. "Mən dayanmayacağam və gizlənməyəcəyəm, hətta bunun mümkün olduğunu hesab etsəydim belə", - deyə Kasparov yazıb. Qeyd edək ki, sentyabrın 15-də ABŞ Ədliyyə Nazirliyi "Russian Intelligence Services Network" ("RIS Network") şəbəkəsinin beş ehtimal edilən üzvünə qarşı ittiham irəli sürüldüyünü elan edib. ABŞ istintaqının versiyasına görə, şəbəkə ən azı 2024-cü ildən bəri fəaliyyət göstərir, rusiyalı dissidentlərə və müxtəlif ölkələrdəki qaçaqlara qarşı hücumların və qətllərin hazırlanması ilə məşğuldur. İttiham aktına əsasən, yayda şəbəkə iştirakçıları ABŞ-də yaşayan bir nəfəri tanınmış rusiyalı dissidenti izləmək və onun qətlini hazırlamaq üçün işə götürüblər. Hədəfi aradan qaldırmaq üçün ona 40 000 dollara qədər pul təklif edilib. ABŞ hakimiyyəti həmçinin iddia edir ki, şəbəkə daha əvvəl Litvada olan bir insanın qətlini təşkil etməyə cəhd göstərib. Təqsirləndirilən beş nəfərin hamısı azadlıqdadır. ABŞ Ədliyyə Nazirliyi vurğulayır ki, ittiham aktında göstərilən məlumatlar sadəcə ittihamdır, şübhəlilərin təqsiri isə məhkəmə tərəfindən müəyyən edilməyib. Harri Kasparov Rusiyanı 2013-cü ildə tərk edib. Qeyd edək ki, Kasparov 1963-cü ildə Bakıda doğulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər