Dünya
Xəzər Boru Kəməri Konsorsiumu yaxınlığında tankerlərə hücum edilib
Xəzər Boru Kəməri Konsorsiumu yaxınlığında Qazaxıstanda neft gözləyən tankerlərə hücum edilib. Oxu.Az xəbər verir ki, məlumatı "Tengrinews" yayıb. Agentliyin mənbələrinə görə, tankerlərdən biri - Yunanıstanın "Delta Tankers" şirkətinə məxsus "Delta Harmony" "TengizŞevroyl" layihəsindən neft yükləməli idi. İkinci gəmi - "Matilda" Yunanıstanın "Thenamaris" şirkəti tərəfindən idarə olunur və Karaçaqanak yatağından neft gözləyib. "Thenamaris"in nümayəndəsi "Matilda"nın konsorsiumdan təxminən 30 mil məsafədə iki dron tərəfindən hücuma məruz qaldığını təsdiqləyib. O, heç bir itkinin olmadığını, gəminin göyərtə konstruksiyalarına kiçik ziyan dəydiyini və bunların tam təmir edilə biləcəyini söyləyib. Hücumdan sonra tanker ərazini tərk edib.
Mənbə
oxu.az