Dünya
İran Turan olacaq, yoxsa Suriya?
Qan Turalı yazır... İranda baş verən kütləvi aksiyalara qlobal və regional müstəvidə nəzər salmaq indiki dövrdə daha böyük əhəmiyyət daşıyır. İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq münasibətlər sistemi müasir dövrdə sözün əsl mənasında böhran yaşayır. Venesuela prezidenti Nikolas Maduronun saxlanılaraq ABŞ-yə gətirilməsi ilə başlanan 2026-cı il Trampın Qrenlandiya barədə iddiaları ilə yeni bir münaqişənin, yaxud da mübahisənin təməlini qoyur. Bu tarixdə misilsiz bir ritorikadır. İlk dəfədir ki, ABŞ özünün də üzv olduğu NATO ölkəsini - Danimarkanı işğal etməklə təhdid edir. Eyni iddia başqa bir NATO üzvü - Kanada barəsində də səsləndirilmişdi. ABŞ Qrenlandiya işğalını, ya da ilhaqını əsaslandırmaq üçün Arktikadakı Rusiya və Çin təhdidinə istinad edirdi. Böyük Britaniya, Almaniya və Fransa Qrenlandiyada xüsusi bir NATO missiyasının yaradılması üçün fəaliyyətə başlayır. Ancaq bu missiya ABŞ-nin müharibə ritorikasını yumşaldacaqmı? Bu, mümkünsüz görünür. Çünki ABŞ bir tərəfdən də gözünü Qrenlandiyanın faydalı qazıntılarına dikib.
İranda baş verən kütləvi aksiyalar fonunda da ABŞ-nin İrana təhdidi də xüsusi əhəmiyyət daşıyır. 2009-cu il İranda prezident seçkisindən sonra nümayişçilər "Obama, Obama. Ya bizimlə, ya onlarla" şüarını səsləndirirdilər. Sonrakı dövrdə Barak Obama İrandakı etirazçları dəstəkləmədiyi üçün peşmanlığını ifadə etmişdi. Sabiq ABŞ prezidenti 1953-cü ildə İranın baş naziri Müsəddiqin devrilməsində ABŞ-nin rolunun olduğunu da etiraf edirdi. Ancaq, Tramp hadisələrə daha aktiv münasibət göstərir, sonra üzr istəməkdənsə, indi aktiv siyasət aparmağı təbliğ və təlqin edir. Ötən ilin iyununda İrana zərbələr endirmək kimi... Bu mənada İrandakı etiraz aksiyaları əvvəlki dövrlərdə baş verən aksiyalardan daha artıq dərəcədə beynəlxalq aləmin diqqət mərkəzindədir. Eləcə də budəfəki aksiyalar daha kütləvi, coğrafi baxımdan daha geniş və daha qanlıdır. Əvvəlki aksiyalar əsasən böyük şəhərlərdə baş verirdi. Ancaq indi aksiyalar iranlıların çoxunun da adını bilmədiyi qəsəbələrə qədər yayılıb. Əvvəlki aksiyalardan fərqli olaraq insanlar bu dəfə "Diktatora ölüm" şüarları səsləndirir, iqtisadi gerilikdə, yoxsulluqda İranın ali dini rəhbərliyini ittiham edir, günahkar kimi onları görürlər. İran rəsmi mediası isə etirazçıları ABŞ və İsrailin casusları kimi damğalayır, ancaq bununla belə iqtisadi böhranı etiraf edir, tələblərin yerinə yetiriləcəyini, sosial yardım paketlərinin işə salınacağını bildirir. Lakin bu etiraflar insanların qəzəbini sakitləşdirmək, onları evlərinə qaytarmaq üçün kifayət etmir. Buna görə də teokratik rejim üsyanı qanda boğmaq yoluna qədəm qoyub. Ölənlərin sayının 1 000-dən artıq olduğu deyilir. Təhlükəsizlik qüvvələrinin 100-dən artıq itki verdiyi də bildirilir. Ötən il baş verən İsrail və ABŞ bombardmanları İran ordusunun nüfuzunu sarsıtdı. İndiyə qədər bütün dünyanı təhdid edən rejimin "gil ayaqlı nəhəng" olduğu barədə İran vətəndaşlarında möhkəm inam yaranmışdır. Bu məqamın da etirazçıları cəsarətləndirdiyini də qeyd etmək gərəklidir. Aksiyaları alovlandıran başqa bir faktor da heç şübhəsiz ki, Rza Pəhləvi faktorudur. Onun hadisələrin ilk günündən aktiv münasibəti başqa bir mənzərə yaradır. İran vətəndaşları tarixin çarxını geriyə fırladıb İran üçün heç də xoş olmayan o günləri geri qaytara, İranda yenidən şahlığı bərpa edə, ya da yeni İranın bərpası üçün Rza Pəhləvini şah və ya lider seçə bilərmi? Bütün bunlar heç də real görünmür. Real görünən isə Pəhləvinin mütəmadi çağırışları və çıxışlarıdır. Bu cür etiraz aksiyaları adətən siyasi liderlər olmadan, kortəbii şəkildə cərəyan edir. Bu kontekstdə Rza Pəhləvinin önə çıxması da təbiidir. Aparılan sorğular iranlıların cəmi 3-5 faizinin monarxiya tərəfdarı olduğunu göstərir. Onların da əhəmiyyətli hissəsi diaspor üzvləridir. İranın Suriya kimi etnik və məzhəb savaşlarının meydanına çevriləcəyi də proqnozlaşdırılır. İranda farslardan, türklərdən əlavə olaraq bəluclar, lorlar, kürdlər və ərəblər də yaşayır. Əhalinin 90 faizi şiə olsa da, sünnilər də mövcuddur. Bir sözlə, İranın Suriyaya bənzər etnik və dini palitrası var. Ancaq bununla belə İran kimliyi, iranlı identifikasiyası da mövcuddur. Ona görə də İranın Suriya perspektivi dumanlı görünür. Hərçənd ki, dünyanın bu günündə ümumi vəziyyətlə bağlı proqnoz vermək də mümkün deyil. İranın soydaşlarımız yaşayan bölgələri isə hələ də təmkinini qoruyur. Bununla belə İran İslam İnqilabı başda olmaqla ölkədə baş verən bütün kütləvi prosesdə azərbaycanlıların aktiv rol oynadığı da məlumdur. Onların prosesə qoşulması bir çox şeyi dəyişdirə bilər. Bir sözlə, İran qaynar qazanı xatırladır. Bu qazanda nəyin bişdiyi, ortaya nəyin çıxacağı isə məchul olaraq qalır.

Mənbə
oxu.az