Dünya
Finlandiyada dörd yeni qızıl yatağı aşkarlandı
Finlandiyanın "Endomines" dağ-mədən şirkəti qazma işləri zamanı Rusiya sərhədindən 10 km məsafədə yerləşən Ukkolanvaara qaya massivində dörd yeni qızıl sahəsi aşkar edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yle" nəşri məlumat verib. Şirkətin baş direktoru Kari Vixtinen qeyd edib ki, bu, Ukkolanvaaradakı Ukko yatağında əhəmiyyətli qızıl potensialını təsdiqləyir. "Tək bir quyuda üç belə yüksəkkeyfiyyətli qızıl zonası - bu, daha əvvəl görmədiyimiz bir şeydir", - deyə o vurğulayıb. Mütəxəssis qeyd edib ki, qızıl mədən sisteminin uzunluğu təxminən 7 km təşkil edir.
Mənbə
oxu.az