İqtisadiyyat

Azərbaycanda kirayə qiymətləri 7 faizdən çox artıb

15 May 2026, 11:58 1 baxış
Azərbaycanda kirayə qiymətləri 7 faizdən çox artıb
Bu ilin birinci rübünün yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin I rübünün yekunu ilə müqayisədə 7.3%, fevralın sonuna nisbətən isə 0.3% çox olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul siyasəti icmalı"nda qeyd olunub. Qeyd olunub ki, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 13.1%, təkrar mənzil bazarında isə 8.1% artıb. Ümumi qiymət artımı da 8.1% təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər