Dünya
Kuril adaları yaxınlığında daha bir güclü zəlzələ oldu
Sakit okeanda, Saxalin bölgəsindəki Cənubi Kuril adaları yaxınlığında 6.4 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri İturup adasındakı Reydovo yaşayış məntəqəsindən 126 km cənub-şərqdə, ocağı isə 41 km dərinlikdə yerləşib. İlkin məlumata görə, sunami xəbərdarlığı edilməyib. İtki və dağıntı yoxdur. Xatırladaq ki, daha əvvəl Kuril adaları yaxınlığında 5.6 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Mənbə
oxu.az