Dünya

Rza Pəhləvi kimdir? - İran şahzadəsinin gizli həyatı və taxt-tac iddiaları

13 Jan 2026, 15:40 1 baxış
Rza Pəhləvi kimdir? - İran şahzadəsinin gizli həyatı və taxt-tac iddiaları
İranın şah sülaləsinin varisi şahzadə Rza Pəhləvi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "BT News" "Telegram" kanalı yazıb. "Telegram" kanalında bildirib ki, atasından fərqli olaraq, Rza Pəhləvi hər hansı rəsmi statusa və ya taxt üçün hüquqa malik deyil: "O, həmçinin vəliəhd şahzadəsi və sürgündə olan hökmdar da deyil. Rza Pəhləvi hətta rəsmi taxtaçıxma mərasimindən də keçməyib. Həmçinin sızdırılan məlumatlara görə, o, Monako və ABŞ vətəndaşıdır".
"Bundan əlavə, 37-ci maddədə bildirilir ki, hakimiyyət kişi xətti ilə ötürülür və taxtın varisi hüquqi olaraq padşahın İran əsilli anadan olan böyük oğludur. Soraya Məhəmməd Rza Pəhləvidən oğul dünyaya gətirə bilmədi və bu, onların boşanmasının rəsmi səbəbi oldu. Şahzadənin isə ümumiyyətlə oğlu yoxdur, onun üç qızı var. Beləliklə, bu, sülalə baxımından da legitim olmayan, qeyri-leqal və nəticəsiz seçimdir", - deyə yazıda qeyd edilib.
Rza Pəhləvi kimdir? - İran şahzadəsinin gizli həyatı və taxt-tac iddiaları
Mənbə oxu.az

Oxşar Xəbərlər