Dünya

"Molla rejimi dağılmaq üzrədir" - Fridrix Merts İranda dəyişikliyin qaçılmazlığından danışdı

13 Jan 2026, 15:52 1 baxış
"Molla rejimi dağılmaq üzrədir" - Fridrix Merts İranda dəyişikliyin qaçılmazlığından danışdı
"İranda hakimiyyət dəyişikliyi qaçılmazdır, rejim isə çökmək üzrədir" Oxu.Az "Clash Report" nəşrinə istinadən xəbər verir ki, bu sərt bəyanatla Almaniya Kansleri Fridrix Merts çıxış edib. "Əgər bir rejim yalnız güc yolu ilə hakimiyyətdə qalmaq istəyirsə, deməli, faktiki olaraq dağılmaq üzrədir. İnanıram ki, biz bu rejimin son günlərini və həftələrini müşahidə edirik. Münaqişəyə sülh yolu ilə son qoymağın bir yolu olduğuna ümidliyəm. Molla rejimi indi bunu anlamalıdır", - deyə kansler qətiyyətlə bildirib. Mertsin sözlərinə görə, İranın hazırkı hakimiyyəti legitim deyil və yoxsul əhali ölkə daxilində hökumət rəhbərliyinə qarşı etiraz aksiyaları keçirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər