Dünya

Ukraynanın müdafiə naziri Denis Şmıqal vəzifəsindən azad edildi

13 Jan 2026, 16:00 1 baxış
Ukraynanın müdafiə naziri Denis Şmıqal vəzifəsindən azad edildi
Ukraynanın Ali Radası müdafiə naziri Denis Şmıqalın istefasını qəbul edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, 265 deputat qərarın lehinə səs verib. İstefanın qəbul edilməsi üçün 226 səsə ehtiyac olub. Əvvəllər Ukraynanın baş naziri vəzifəsində çalışan Şmıqal Ali Radanın 2025-ci ilin iyulun 17-də çıxardığı qərarı ilə müdafiə naziri təyin edilmişdi. O bu vəzifədə Rustem Umerovu əvəzləmişdi. Xatırladaq ki, yanvarın 3-də Ukrayna lideri Volodimir Zelenski Şmıqalın baş nazirin müavini və energetika naziri vəzifələrinə namizədliyini irəli sürüb. Şmıqalın təyinatı hələlik qanunvericilər tərəfindən müzakirə olunmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər