Dünya

ABŞ-dən İranın tərəfdaşlarına iqtisadi zərbə: Tramp 25% rüsum tətbiq etdi

13 Jan 2026, 14:28 1 baxış
ABŞ-dən İranın tərəfdaşlarına iqtisadi zərbə: Tramp 25% rüsum tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı sərt maliyyə tədbirləri tətbiq olunacağını açıqlayıb. Oxu.Az-ın məlumatına görə, Tramp bu bəyanatı özünün rəsmi "Truth Social" hesabında diqqətə çatdırıb.
O, İrana və bu ölkə ilə əməkdaşlıq edən bütün dövlətlərə qarşı görünməmiş sərt iqtisadi tədbirlərin tətbiq olunacağını bildirib. Prezidentin bəyanatında bildirilib: "Bu andan etibarən İran İslam Respublikası ilə biznes quran hər bir ölkə ABŞ ilə bütün əməliyyatlara 25 faizlik rüsum ödəyəcək. Bu qərar qəti və məcburidir". Tramp həmçinin xüsusi olaraq vurğulayıb ki, bu qərar dərhal qüvvəyə minir və ona yenidən baxılmayacaq, heç bir istisna tətbiq edilməyəcək.
ABŞ-dən İranın tərəfdaşlarına iqtisadi zərbə: Tramp 25% rüsum tətbiq etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər