Dünya

Trampın pəncərədən Qrenlandiyaya baxan fotosu viral oldu

13 Jan 2026, 13:32 1 baxış
Trampın pəncərədən Qrenlandiyaya baxan fotosu viral oldu
ABŞ Prezidenti Donald Trampın maraqlı bir fotosu sosial medianın diqqətini çəkib. Oxu.Az xəbər verir ki, bu qeyri-adi paylaşım Ağ Evin rəsmi "X" sosial şəbəkə hesabından edilib. Fotoda Trampın pəncərədən baxdığı görünür. Maraqlısı odur ki, pəncərənin o biri tərəfində Qrelandiya xəritəsi yerləşdirilib. Yaradıcı kompozisiya ilə ABŞ prezidenti pəncərədən sanki Qrelandiyanın xəritəsinə tamaşa edirmiş kimi təsvir olunub. Paylaşımın altında isə qısa bir çağırış var: "Vəziyyəti izləmək üçün klikləyin".
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər