Dünya

KİV: ABŞ narkotik qaçaqmalçılarına hücum zamanı maskalanmış qırıcılardan istifadə edib

13 Jan 2026, 13:48 1 baxış
KİV: ABŞ narkotik qaçaqmalçılarına hücum zamanı maskalanmış qırıcılardan istifadə edib
ABŞ Latın Amerikası sahillərində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmiləri vurmaq üçün ən azı bir dəfə hərbi təyyarələri maskanmış formada gizlədib. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb. Bir neçə mənbə nəşrə təsdiqləyib ki, ilk belə zərbələr 2025-ci ildə sentyabrın 2-də olub. Əməliyyat mülki təyyarələr kimi maskalanmış qırıcılar tərəfindən həyata keçirilib. Qəzet aydınlaşdırıb ki, bu təyyarədəki silahlar xaricdə deyil, içəridə daşınıb və hədəfə yaxınlaşarkən istifadə edilib. Nəşrin məqaləsində, həmçinin bildirilib ki, Latın Amerikası narkotik qaçaqmalçıları ilə mübarizədə ABŞ təyyarələrindən istifadə Pentaqon daxilində hüquqi mübahisələrə səbəb olub. Qəzet xatırladıb ki, 2025-ci ilin sentyabr ayından bəri Vaşinqton Venesuela və digər Latın Amerikası ölkələrində narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən gəmilərə təxminən otuz hücum həyata keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər