Dünya

Yeni il gecəsi 40 nəfərin öldüyü kurort Olimpiya Oyunlarına ev sahibliyi edəcək?

13 Jan 2026, 12:04 1 baxış
Yeni il gecəsi 40 nəfərin öldüyü kurort Olimpiya Oyunlarına ev sahibliyi edəcək?
2026-cı il yanvarın 1-i gecəsi yanğın baş verdiyi və 40 nəfərin həyatını itirdiyi İsveçrənin Kran-Montana dağ-xizək kurortu 2038-ci il Qış Olimpiya Oyunlarının keçirilməsi üçün potensial meydançalar siyahısına daxil edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə RTS nəşri məlumat verib. "Qış Olimpiya Oyunları 90 ildən sonra ilk dəfə 2038-ci ildə İsveçrədə keçirilə bilər. "Switzerland 2038" Assosiasiyası tərəfindən təklif edilən yerlər artıq məlumdur. İsveçrənin fransızdilli hissəsində Lozanna, Cenevrə və Kran-Montana bələdiyyələri seçilib", - deyə nəşr bildirib. Kran-Montanadan əlavə, seçilmiş yerlərin siyahısına ümumilikdə doqquz şəhər və bölgə daxil edilib: Lozanna, Cenevrə, Enqelberq, Sürix, Tsuq, Luqano, Lentserhayde və Sent-Morits. Təşəbbüs 10 kanton və 14 kommuna tərəfindən dəstəklənib, "Switzerland 2038" Assosiasiyası özü isə 2023-cü ilin noyabr ayında milli qış federasiyaları, "Swiss Olympic" и "Swiss Paralympic" tərəfindən təsis edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər