Dünya

Pentaqon süni intellekt inqilabına hazırlaşır

13 Jan 2026, 12:52 1 baxış
Pentaqon süni intellekt inqilabına hazırlaşır
Pentaqon rəhbəri Pite Heqset "Grok" çatbotunun, eləcə də "Google" istehsalı olan "Gemini" neyron şəbəkəsinin yanvar ayının sonuna qədər ABŞ Müdafiə Nazirliyinin infrastrukturuna inteqrasiyası planlarını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb. O, xüsusi vurğulayıb ki, süni intellekt alqoritmlərinin hərbi rəqəmsal sistemlərdən külli miqdarda məlumatlara çıxış əldə edəcəyi gözlənilir. Hərb naziri yeni süni intellekt həllərinin qurum şəbəkələrinin həm dövlət, həm də özəl seqmentlərində yerləşdiriləcəyini bildirib. Beləliklə, neyron şəbəkələri, demək olar ki, bütün ABŞ ordusunun rəqəmsal ekosisteminin bir hissəsinə çevriləcək. Bu texnoloji inteqrasiya prosesi ABŞ-ın hərbi potensialını artırmaq üçün atılmış əhəmiyyətli addım kimi qiymətləndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər