Dünya

"Ayaçço"nun keçmiş prezidenti anasının dəfnində güllələndi

13 Jan 2026, 02:18 1 baxış
"Ayaçço"nun keçmiş prezidenti anasının dəfnində güllələndi
Korsika adasının millətçi hərəkatının qurucusu, keçmiş siyasətçi və Fransanın "Ayaçço" futbol klubunun keçmiş prezidenti Alen Orsoni anasının dəfn mərasimi zamanı güllələnərək öldürülüb. Oxu.Az bu barədə "Le Parisien" qəzetinə istinadla xəbər verir. Qəzetin məlumatına görə, hadisə Cənubi Korsika departamentinin Vero kəndində baş verib. 71 yaşlı Orsoninin bədənində üç güllə yarası aşkar edilib. Zərərçəkmiş atəş açıldıqdan təxminən yarım saat sonra hadisə yerində dünyasını dəyişib.
Mənbə oxu.az

Oxşar Xəbərlər