Dünya

Ermənistan Solovyovun açıqlamaları ilə bağlı Rusiyaya nota verdi

12 Jan 2026, 18:48 1 baxış
Ermənistan Solovyovun açıqlamaları ilə bağlı Rusiyaya nota verdi
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi Ani Badalyan məlumat verib. Qeyd olunub ki, S.Kopırkinə rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamaları ilə bağlı etiraz məktubu təqdim edilib. Xatırladaq ki, rusiyalı aparıcı və şərhçi Vladimir Solovyov Ermənistanın itirilməsinin Rusiya üçün ciddi problem olduğunu bildirib və Ukrayna nümunəsinin Ermənistanda həyata keçirilməsi zərurətindən danışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər