Dünya

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

03 Oct 2026, 11:06 2 baxış
Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 ay müddətinə azadlıqdan məhrum etdi", - deyə o bildirib. Fedorçenko əlavə edib ki, Obut hələ də apelyasiya şikayəti verə bilər və çox güman ki, o bu hüquqdan istifadə edəcək. Xatırladaq ki, Tatyana Ozolina 23 iyul 2024-cü ildə Türkiyənin Muğla əyalətində motosikletçi Obutla toqquşması nəticəsində həyatını itirib. O, təcili yardım gələnə qədər ölüb. Obut özü isə iddia edirdi ki, "MotoTanya" kimi tanınan bloqerin ölümünə yük maşınını ötərkən baş verən səhv səbəb olub. T.Ozolinanın "TikTok" auditoriyası 5 milyonu, "YouTube" izləyicilərinin sayı isə 2 milyonu keçirdi. Tatyana Rusiyanın ən gözəl bayker qadını adlandırılırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər